Fransız enerji şirkəti TotalEnergies (TTEF.PA) və onun Surinamdakı 12 milyard dollarlıq GranMorgu dəniz neft və qaz layihəsindəki tərəfdaşları 2028-ci ilin ortalarında hasilata başlamağa hazırlaşır. Bu barədə şənbə günü dövlətə məxsus Staatsolie şirkətinin rəhbəri Annand Jagesar layihənin inkişafını nəzərdən keçirmək üçün səfəri zamanı bildirib. Layihədə iştirak edən şirkətlər – TotalEnergies , Staatsolie və APA Corp – artıq planlaşdırılan ümumi investisiyanın təxminən 50%-ni xərcləyiblər. Bu barədə TotalEnergies-in sədri Patrick Pouyanne məlumat verib. GranMorgu Surinamın geniş dəniz resurslarını inkişaf etdirən ilk layihə olacaq. Rəsmilər bildiriblər ki, Malayziyada istehsal olunan quyu başlığı komponentləri, boru asqıları və digər materialların yaxın vaxtlarda quraşdırılması planlaşdırılır. Bu, sualtı subsea arxitekturası və boru kəmərləri şəbəkəsi vasitəsilə neft və qazın platformaya axınını idarə etmək üçündür.