Moskva vilayəti nin qubernatoru Andrey Vorobyev bildirib ki, Ukraynanın gecə saatlarında Moskva vilayəti nə pilotsuz təyyarələrlə həyata keçirdiyi "kütləvi" hücum nəticəsində azı iki nəfər həlak olub, altı nəfər yaralanıb. Vorobyev 249 pilotsuz təyyarənin vurulduğunu və bir neçə yaşayış evində yanğınlar baş verdiyini bildirib. Yerli anbar da yanıb. Paytaxt Moskva da bir neft emalı zavodu zədələnib və iki hava limanında uçuş məhdudiyyətləri tətbiq edilib. Daha əvvəl bir Ukrayna rəsmisi şənbə günü Kiyev və Sumı vilayətləri ndə Rusiya hücumları nəticəsində iki uşaq da daxil olmaqla yeddi nəfərin həlak olduğunu bildirmişdi. Rusiya və Ukrayna son vaxtlar enerji istehsalı və nəqliyyat obyektlərini, eləcə də əsas logistika mərkəzlərini hədəf alaraq hücumlarını gücləndiriblər. Bazar günü Telegram -da etdiyi paylaşımda Vorobyev bildirib ki, Sofyino da pilotsuz təyyarənin üçmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 44 yaşlı qadın həlak olub. O, iki uşaq da daxil olmaqla daha beş nəfərin yaralandığını deyib. Regional qubernator bildirib ki, Orekhovo-Zuevo rayonu nda xüsusi bir evə zərbə endirildikdən sonra yaşlı bir kişi ölüb. Sosial mediada Moskva vilayəti nin gecə səmasında partlayışları və yanan anbarı əks etdirən videolar yayılıb. Görüntülər BBC tərəfindən təsdiqlənməyib. Bu arada, Moskva meri Sergey Sobyanin bildirib ki, pilotsuz təyyarə paytaxtın bulvarlarından birinin yaxınlığındakı binaya düşüb və neft emalı zavodundakı bir obyekt zədələnib. O, daha əvvəl Moskva ya doğru gələn 152 pilotsuz təyyarənin vurulduğunu demişdi. Moskva nın ən böyük hava limanı olan Şeremetyevo sərnişinləri tətbiq olunan "müvəqqəti məhdudiyyətlər" barədə xəbərdar edib, paytaxtın Vnukovo hava limanı nda isə bütün gəliş və gedişlər dayandırılıb. Ukrayna da, Kiyev regional rəhbəri Timur Tkaçenko bildirib ki, şənbə günü Fastiv şəhəri ndəki Rusiya hücumunda bir ana və onun iki azyaşlı övladı, bir oğlan və bir qız həlak olub. O əlavə edib ki, bir neçə xüsusi ev də zədələnib. Şimal-şərqdəki Sumı vilayəti ndə isə yüksək vəzifəli yerli rəsmi Oleq Qriqorov bildirib ki, Rusiya pilotsuz təyyarəsinin səyahət etdikləri avtomobilə düşməsi nəticəsində dörd nəfər həlak olub. Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukrayna ya qarşı tammiqyaslı işğala başlayıb.