Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Macarıstanda keçirilmiş seçkilərin nəticələrini və onların Aİ-dəki siyasi balansa təsirini müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Sibiqa telefon danışığının yekunları üzrə "X" hesabında məlumat verib.