Supermodel Sindi Kraufordun oğlu Presli Gerber bazar günü 27 yaşında vəfat edib. Los-Anceles Tibbi Ekspertiza İdarəsi öz hesabatında onun reabilitasiya müəssisəsində öldüyünü bildirib. Ölüm səbəbi isə açıqlanmayıb. Gerber Krauford və iş adamı Rande Gerberin böyük övladı idi və model kimi çalışırdı. Onun moda sahəsindəki işlərinə Calvin Klein və Dolce & Gabbana kimi brendlər üçün kampaniyalar və podium çıxışları daxil idi. 2018-ci ildə o, anası ilə birlikdə Pepsi -nin Super Bowl LII reklamında çəkilmişdi. O, əvvəllər psixi sağlamlıq problemləri ilə mübarizəsindən danışmışdı. Keçən ilin noyabrında Instagram paylaşımında o, “Mental health Mondays” adlı bir silsiləyə başladığını və “məqsədin əksər insanların gizlətdiyi şeylər haqqında real söhbətlərə təkan vermək” olduğunu bildirmişdi. Avqust ayında onun bacısı, həmçinin model olan Kaia Gerber , Vogue jurnalı ilə müsahibəsində qardaşının çətinliklərindən danışaraq demişdi: “Ailədə belə bir şey baş verəndə, bu, hər kəsi bir növ bərabərləşdirir”.