Bessent: İranla müharibə ABŞ iqtisadiyyatına 50 il sabitlik gətirəcək Ölkə xarici 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin maliyyə naziri Skott Bessent hesab edir ki, İrana qarşı hərbi əməliyyatın nəticəsində Amerika üstün vəziyyətdə qalacaq. O, bu fikri hərbi əməliyyatların ölkə iqtisadiyyatına təsiri ilə bağlı suala cavab verərkən səsləndirib. Bununla belə, nazir hələlik uğur barədə danışmağın tez olduğunu bildirib. “Məncə, müəyyən vaxt keçdikdən sonra geriyə baxıb deyəcəyik ki, İranla 50, 100 və ya daha çox gün davam edən münaqişə bizə 50 illik sabitlik qazandırdı”, — deyə Bessent “Semafor World Economy” konfransında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bessent əlavə edib ki, hərbi münaqişə şəraitində əsas faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl ABŞ-nin Federal Ehtiyat Sistemi gözləmə mövqeyi tutmalıdır. Nazir qeyd edib ki, ABŞ iqtisadiyyatı bu il də, fevral ayında proqnozlaşdırdığı kimi, 4%-dən çox arta bilər. Bununla belə, o etiraf edib ki, bu göstəricilərə çatmaq üçün “bəzi itkiləri kompensasiya etmək lazım olacaq”. Daha əvvəl Ağ Ev yanında Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett bildirmişdi ki, ABŞ bu il iqtisadi artımın 4–5% olacağını gözləyir. O həmçinin vurğulamışdı ki, Hörmüz boğazının açılması iqtisadiyyatı yenidən normallaşdıracaq. TaglarABŞİran Son xəbərlər Bank xəbərləri Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir 14/04/2026 Ölkə daxili Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir 14/04/2026 Menecement (təyinatlar) Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib 14/04/2026 Ümumi iqtisadi xəbərlər Ölkədəki qiymət artımlarına xarici amillər nə qədər artıcı təsiri var? – AMB-dən açıqlama 14/04/2026 Digər xəbərlər Bank xəbərləri Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir 14/04/2026 Ölkə daxili Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir 14/04/2026 Menecement (təyinatlar) Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib 14/04/2026 Ümumi iqtisadi xəbərlər Ölkədəki qiymət artımlarına xarici amillər nə qədər artıcı təsiri var? – AMB-dən açıqlama 14/04/2026