Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı vacib şərtlər açıqlanıb Ölkə daxili 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb. Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır. Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır. Bunlara ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni, vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır. Eyni zamanda ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur. Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir. Son xəbərlər Bank xəbərləri Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir 14/04/2026 Ölkə daxili Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir 14/04/2026 Menecement (təyinatlar) Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib 14/04/2026 Ümumi iqtisadi xəbərlər Ölkədəki qiymət artımlarına xarici amillər nə qədər artıcı təsiri var? – AMB-dən açıqlama 14/04/2026 Digər xəbərlər Bank xəbərləri Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir 14/04/2026 Ölkə daxili Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir 14/04/2026 Menecement (təyinatlar) Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin edilib 14/04/2026 Ümumi iqtisadi xəbərlər Ölkədəki qiymət artımlarına xarici amillər nə qədər artıcı təsiri var? – AMB-dən açıqlama 14/04/2026