Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb Neft və Qaz 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Yaxın Şərqdəki münaqişə fonunda 2026-cı ildə gündəlik qlobal neft tələbatı öncə gözlənilən artım əvəzinə 84 min barelə yaxın azalacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Mart ayında IBEA 2026-cı ildə gündəlik qlobal neft tələbatının 644 min barel səviyyəsində artacağını gözləyirdi. Beləliklə, aprel ayının proqnoz göstəricisi mart ayındakı qiymətləndirmədən təxminən 730 min barel aşağıdır. BEA həmçinin bildirir ki, proqnoza əsasən, gündəlik qlobal neft tələbatı 2026-cı ilin ikinci rübündə 1,5 mln. barel azalacaq. Bu, COVID-19 pandemiyası dövründən bəri ən böyük azalma olacaq. Lakin tədarük zəncirləri may ayından etibarən normallaşmağa başladıqca və makroiqtisadi perspektivlər yaxşılaşdıqca azalma tempi zəifləyəcək. BEA-nın proqnozuna görə, 2026-cı ildə gündəlik qlobal neft tələbatı 104,259 milyon barel təşkil edəcək, bu isə 2025-ci ildəki 104,342 milyon barel göstəricisi ilə müqayisədə daha aşağıdır. MənbəAPA TaglarBeynəlxalq Enerji Agentliyineft Son xəbərlər Qeyri-bank kredit təşkilatları BOKT “Falcon Finance” keçən ili zərər etdiyini açıqladı 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı artıb 14/04/2026 Ölkə daxili Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ 14/04/2026 Ölkə daxili Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib 14/04/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları BOKT “Falcon Finance” keçən ili zərər etdiyini açıqladı 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı artıb 14/04/2026 Ölkə daxili Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ 14/04/2026 Ölkə daxili Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib 14/04/2026