BOKT “Falcon Finance” keçən ili zərər etdiyini açıqladı Qeyri-bank kredit təşkilatları 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram BOKT “Falcon Finance” 2025-ci il üzrə maliyyə nəticələrində mənfəətdən zərərə keçib. BOKT il ərzində 61.58 min manat xalis zərər edib, halbuki 2024-cü ildə 754.83 min manat xalis mənfəət əldə etmişdi. Nəticədə bölüşdürülməmiş mənfəət 1 milyon 43.96 min manatdan 982.38 min manata düşüb. Banker.az xəbər verir ki, 2025-ci ildə BOKT-nin xalis faiz gəliri 1,174.95 min manat təşkil edib (2024: 1,658.87 min manat), illik müqayisədə azalma qeydə alınıb. Faiz gəlirləri 1,804.59 min manat (2024: 1,876.25 min manat), faiz xərcləri isə 339.90 min manat (2024: 186.90 min manat) olub və xərclərin artması marjaya təzyiq göstərib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyri-faiz gəlirlərində də zəifləmə müşahidə olunub. Belə ki, haqq və komissiya gəlirləri 11.97 min manat (2024: 47.12 min manat), inzibati və digər əməliyyat xərcləri isə 1 milyon 179.96 min manat (2024: 702.46 min manat) təşkil edib. Eyni zamanda, kredit portfelinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 289.73 min manata yüksəlib (2024: 30.49 min manat). 2025-ci ildə “Falcon Finance”in cəmi aktivləri son bir ildə 6 milyon 754.1 min manat 7 milyon 418.71 min manat olub. Aktivlərin əsas hissəsini təşkil edən müştərilərə verilmiş kreditlər 7 milyon 14.93 min manata yüksəlib. 2024-də kredit portfeli 6 milyon 532.01 min manat). Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un nizamnamə kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev və Brilyant Salmanova arasında bölüşdürülür. TaglarFalcon FinanceFalcon Finance BOKT Son xəbərlər Neft və Qaz Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı artıb 14/04/2026 Ölkə daxili Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ 14/04/2026 Ölkə daxili Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib 14/04/2026 Digər xəbərlər Neft və Qaz Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı artıb 14/04/2026 Ölkə daxili Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ 14/04/2026 Ölkə daxili Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib 14/04/2026