Azər Türk Bank EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı Bank xəbərləri 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Dövlət bankı Azər Türk Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov imzalayıblar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsidir. Günel Nəbiyeva bank tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə maraq göstərildiyini diqqətə çatdırıb. Enerji effektivliyi ilə bağlı layihələrə Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsini dəstəklədiklərini və bu sahədə əməkdaşlıqdan məmnunluğunu bildirib. Samir Axundov Enerji effektivliyi fondunun fəaliyyətinə diqqət çəkərək, Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə bu istiqamətdə layihələrin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu bildirib 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla), 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur. TaglarAzər Türk Bank Son xəbərlər Neft və Qaz Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb 14/04/2026 Qeyri-bank kredit təşkilatları BOKT “Falcon Finance” keçən ili zərər etdiyini açıqladı 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı artıb 14/04/2026 Ölkə daxili Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ 14/04/2026 Digər xəbərlər Neft və Qaz Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu kəskin azaldıb 14/04/2026 Qeyri-bank kredit təşkilatları BOKT “Falcon Finance” keçən ili zərər etdiyini açıqladı 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı artıb 14/04/2026 Ölkə daxili Bakıda intensiv yağış yağacaq – XƏBƏRDARLIQ 14/04/2026