Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb Telekommunikasiya 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Bakcell şirkətinin baş icraçı direktoru Klaus Müller 6 fevral 2026-cı il tarixində tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib. Klaus Müllerin rəhbərliyi dövründə Bakcell strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. Bakcell komandasının hər biz üzvünə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə təşəkkür edirəm. Əminəm ki, Bakcell Azerconnect Group-un innovasiya ekosisteminin bir hissəsi kimi gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək”, – deyə Klaus Müller qeyd edib. Bakcell Klaus Müllerə şirkətin strateji inkişafına və əldə etdiyi nailiyyətlərə verdiyi töhfəyə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır. TaglarBakcell Son xəbərlər Texnologiya xəbərləri “Novo Nordisk” dərmanların hazırlanması üçün “OpenAI” ilə tərəfdaşlıq elan edib 14/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı 14/04/2026 Vergi xəbərləri NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında 14/04/2026 Ölkə daxili Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 14/04/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Novo Nordisk” dərmanların hazırlanması üçün “OpenAI” ilə tərəfdaşlıq elan edib 14/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı 14/04/2026 Vergi xəbərləri NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında 14/04/2026 Ölkə daxili Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 14/04/2026