“Bank VTB (Azərbaycan)” 1-ci rübü mənfəətlə başa vurub Bank xəbərləri 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bank VTB (Azərbaycan)” ASC 2026-cı ilin 1-ci rübünü 1 milyon 731 min manat xalis mənfəət ilə başa vurub. 2025-ci ilin eyni dövründə isə bank 3 milyon 306 min manat mənfəət etmişdir. Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu ilin yanvar-mart aylarında “Bank VTB (Azərbaycan)”ın faiz gəlirləri 9 milyon 634 min manat, qeyri-faiz gəlirləri 2 milyon 733 min manat, faiz xərcləri 2 milyon 620 min manat, qeyri-faiz xərcləri 7 milyon 588 min manat olub. Hesabat dövründə bankın cəmi aktivləri 323 milyon 966 min manat olub ki, bu da 2025-ci ilin sonuna nisbətən 6% artıb. Bunun 254 milyon 69 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 4.3% artıb. İlk 3 ayda “Bank VTB (Azərbaycan)”ın depozit portfeli 7% artaraq 108 milyon 635 min manata qalxıb. Taglar2026-ci ilin 1-ci rübüBank VTB Azərbaycan Son xəbərlər Texnologiya xəbərləri “Novo Nordisk” dərmanların hazırlanması üçün “OpenAI” ilə tərəfdaşlıq elan edib 14/04/2026 Telekommunikasiya Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb 14/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı 14/04/2026 Vergi xəbərləri NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında 14/04/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Novo Nordisk” dərmanların hazırlanması üçün “OpenAI” ilə tərəfdaşlıq elan edib 14/04/2026 Telekommunikasiya Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb 14/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı 14/04/2026 Vergi xəbərləri NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında 14/04/2026