WSJ: Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazının blokadasını dayandırmağı tələb edib Ölkə xarici 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Səudiyyə Ərəbistanı ABŞ-ni Hörmüz boğazının blokadasını dayandırmağa və İranla danışıqları bərpa etməyə inandırmağa çalışır. Bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Ər-Riyad blokadanın Yaxın Şərqdə münaqişənin eskalasiyasına səbəb ola biləcəyindən və digər mühüm dəniz yollarında gəmiçiliyi poza biləcəyindən narahatdır. WSJ-nin mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-ni xəbərdar edib ki, İran krallığın qalan neft ixracı üçün “həlledici əhəmiyyətə malik” olan Bab əl-Məndəb boğazını bağlaya bilər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazi Yəmən husilərinin nəzarətindədir. WSJ-nin ərəb mənbələrinə görə, İran bu dəniz dəhlizini bağlamaq üçün qruplaşmaya təzyiq göstərir. Qəzetin həmsöhbətləri bildiriblər ki, husilər boğazdan keçən gəmilərdən ödəniş tələb etməyə başlaya bilərlər. ABŞ qüvvələri tərəfindən dəniz dəhlizinin blokadası aprelin 13-də başlayıb. ABŞ Mərkəzi Komandanlığında bildirilib ki, məhdudiyyətlər İran limanlarına daxil olan və ya onlardan çıxan bütün gəmilərə şamil edilir. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, dəniz blokadası zonasına yaxınlaşan İran gəmiləri məhv ediləcək. TaglarABŞSəudiyyə Ərəbistanı Son xəbərlər Texnologiya xəbərləri “Novo Nordisk” dərmanların hazırlanması üçün “OpenAI” ilə tərəfdaşlıq elan edib 14/04/2026 Telekommunikasiya Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb 14/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı 14/04/2026 Vergi xəbərləri NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında 14/04/2026 Digər xəbərlər Texnologiya xəbərləri “Novo Nordisk” dərmanların hazırlanması üçün “OpenAI” ilə tərəfdaşlıq elan edib 14/04/2026 Telekommunikasiya Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb 14/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübü ₼13 mln. xalis mənfəətlə tamamladı 14/04/2026 Vergi xəbərləri NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında 14/04/2026