Yelo Bank ilk rübdə faiz gəlirlərini 25% artırıb Bank xəbərləri 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Yelo Bank 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir: 2026-cı ilin ilk üç ayı ərzində Yelo Bank-ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 mln manatı ötüb. Rüb ərzində Bank 6.6 mln manat xalis mənfəət əldə edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120 mln manat) artaraq 1 mlrd 80 mln manata yüksəlib. Real sektorun dəstəklənməsini prioritet hesab edən Bank-ın biznes kredit portfeli 672 mln manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çox olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə portfel isə analoji dövrlə müqayisədə 15% (55 mln manat) artaraq rübün sonuna 410 mln manat olub. Müştərilərin maliyyə tərəfdaşı olaraq Bank-a olan etimadı əmanət portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən ilin ilk rübü ilə müqayisədə 16% (147 mln manat) böyüyərək 1 mlrd 60 mln manatı ötüb. Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 mln manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir. Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 mlrd 513 mln manat səviyyəsindədir. Yelo Bank ili yüksək templə başlayaraq maliyyə göstəricilərində artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji prioriteti hesab edir. Qarşıdakı dövrdə də Yelo Bank texnoloji həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət üçün əlavə dəyər yaratmağı hədəfləyir. Sərfəli kredit online şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq! TaglarYelo Bank Son xəbərlər Ümumi iqtisadi xəbərlər Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır 14/04/2026 Bank xəbərləri “Ziraat Bank Azərbaycan” ilk üç ayda 5.6 mln. manat xalis mənfəət əldə edib 14/04/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 90 mlrd. avroluq ödənişləri 2026-cı ilin ikinci yarısına təxirə salıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb 14/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır 14/04/2026 Bank xəbərləri “Ziraat Bank Azərbaycan” ilk üç ayda 5.6 mln. manat xalis mənfəət əldə edib 14/04/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 90 mlrd. avroluq ödənişləri 2026-cı ilin ikinci yarısına təxirə salıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb 14/04/2026