“BlackRock” I rübdə müştərilərdən $130 milyard vəsait cəlb edib İnvestisiya 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin investisiya şirkəti “BlackRock” 2026-cı ilin I rübündə müştərilərdən 130 milyard dollar vəsait cəlb edib. “Bloomberg” yazır ki, bazarlarda volatilliyə və Yaxın Şərqdə münaqişənin eskalasiyası ilə bağlı uzanan qeyri-müəyyənliyə baxmayaraq, vəsait axını davam edib. Hesabat dövründə uzunmüddətli investisiya fondlarına xalis vəsait axını 136 milyard dollar təşkil edib. Bu göstərici agentliyin sorğusunda iştirak edən analitiklərin 152 milyard dollarlıq orta proqnozundan aşağıdır. Birja fondları (ETF-lər) isə 132 milyard dollar vəsait cəlb edib. İdarəetmə altındakı aktivlərin ümumi həcmi 13,9 trilyon dollara qədər azalıb. İnvestorlar hesablarından 6 milyard dollar çıxarıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin səhm üzrə düzəliş edilmiş mənfəəti illik müqayisədə 11% artaraq 12,53 dollara çatıb ki, bu da analitiklərin 11,48 dollarlıq orta proqnozunu üstələyir. Gəlir isə illik ifadədə 27% artaraq 6,7 milyard dollar olub. Mart ayında “BlackRock”un EMEA regionu üzrə investisiya strategiyasının rəhbəri Kərim Şedid ABŞ-nin İranla müharibəsi fonunda bazarda baş verənləri “təklif şoku deyil, volatillik şoku” adlandırmışdı. Onun sözlərinə görə, investorlar inflyasiyaya ciddi zərbə görmürlər. TaglarBlackRock Son xəbərlər Ümumi iqtisadi xəbərlər Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır 14/04/2026 Bank xəbərləri “Ziraat Bank Azərbaycan” ilk üç ayda 5.6 mln. manat xalis mənfəət əldə edib 14/04/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 90 mlrd. avroluq ödənişləri 2026-cı ilin ikinci yarısına təxirə salıb 14/04/2026 Bank xəbərləri Yelo Bank ilk rübdə faiz gəlirlərini 25% artırıb 14/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır 14/04/2026 Bank xəbərləri “Ziraat Bank Azərbaycan” ilk üç ayda 5.6 mln. manat xalis mənfəət əldə edib 14/04/2026 Ölkə xarici Avropa Komissiyası Ukraynaya 90 mlrd. avroluq ödənişləri 2026-cı ilin ikinci yarısına təxirə salıb 14/04/2026 Bank xəbərləri Yelo Bank ilk rübdə faiz gəlirlərini 25% artırıb 14/04/2026