Şimali Makedoniya 2025–2030-cu illər üzrə Milli Enerji və İqlim Planını qəbul edib. Ölkənin Energetika, Mədənçilik və Mineral Ehtiyatlar Nazirliyindən "Report"un Balkan bürosuna verilən məlumata görə, bu strateji sənəd ölkəni enerji transformasiyası, dayanıqlı inkişaf və Avropa siyasətləri ilə tam uyğunlaşma istiqamətində aydın bir yol xəttinə çıxarır. Nazirliyin təklifi əsasında hazırlanmış plan enerji sektorunun modernləşdirilməsi üçün əsas alət rolunu oynayır. Ümumilikdə, 61 konkret tədbiri əhatə edən Planda dekarbonizasiya üzrə 26, inenerji səmərəliliyi üzrə 20, enerji təhlükəsizliyi üzrə 3, daxili enerji bazarı üzrə 11, tədqiqat və innovasiya və rəqabət qabiliyyəti üzrə 1 tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Əsas çəqsəd isə istixana qazı emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin artırılması və enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə yüksəldilməsidir.