Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb Ölkə daxili 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama keçirilib. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib. Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilə təqdimat təqdim edilib. Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb. Son xəbərlər Ümumi iqtisadi xəbərlər BofA: İnvestorlar iqtisadi artımın kəskin zəifləməsinə hazırlaşırlar 14/04/2026 Bank xəbərləri “AFB Bank”ın gəlirləri və kredit portfeli artıb 14/04/2026 Bank xəbərləri “Premium Bank”ın aktivləri azalıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır 14/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər BofA: İnvestorlar iqtisadi artımın kəskin zəifləməsinə hazırlaşırlar 14/04/2026 Bank xəbərləri “AFB Bank”ın gəlirləri və kredit portfeli artıb 14/04/2026 Bank xəbərləri “Premium Bank”ın aktivləri azalıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır 14/04/2026