“Bank of Baku” ilk rübdə 8.3 mln. manat xalis mənfəət əldə edib -16% artım! Bank xəbərləri 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bank of Baku” ASC 2026-cı ilin ilk rübündə 8.29 mln. manat xalis mənfəət əldə edib. Halbu ki, öncəki ilin eyni dövründə bu rəqəm 7.14 mln. manat idi və bununla da illik müqayisədə 16.04% artım nümayiş etdirib. Banker.az xəbər verir ki, bu mənfəətin ardından bölüşdürülməmiş mənfəətin həcmi 119.78 mln. manat təşkil.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Vacib bir məqam da qeyd edilməlidir: əsasən pərakəndə kreditləşmədə iştirak edən bank 2025-ci ildə xalis mənfəətini illik müqayisədə 20.20% artıraraq 30.59 mln. manat səviyyəsinə çatdırmışdı. Hesabat dövründə faiz gəlirləri 50.71 mln. manat təşkil edib və illik müqayisədə 24.5%, faiz xərcləri isə 22.31 mln. manata yüksələrək 47.7% artım göstərib. Nəticədə xalis faiz gəliri 28.4 mln. manat olmaqla illik 10.82% qalxıb. Qeyri-faiz gəlirləri 6.17 mln. manat təşkil edərək 50.32% artım nümayiş etdirib, qeyri-faiz xərcləri isə 21.38 mln. manata yüksələrək 5.77% artıb. Bankın aktivləri ilk rübdə 6.31% artımla 1 mlrd. 225.13 mln. manat təşkil edib. Kredit portfeli (xalis) 910.91 mln. manata yüksələrək 5.74% artıb. Bankın ticarət və investisiya qiymətli kağızları 67.36 mln. manat səviyyəsində formalaşaraq 17.5% , banklar və maliyyə institutlarındakı depozitlər isə 21.95 mln. manat olub və 17.79% azalıb. “Bank of Baku”nun depozitlər 9.86% artımla 813.25 mln. manata yüksəlib. Bundan əlavə banklar və maliyyə institutları qarşısında öhdəlikləri 11.88% qalxaraq 157.26 mln. manat olub. Son xəbərlər Menecement (təyinatlar) Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu 14/04/2026 Telekommunikasiya Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan əhalisinin sayı açıqlandı 14/04/2026 Nəqliyyat Azərbaycanda yığılan 407 avtomobil anbarlarda qalıb 14/04/2026 Digər xəbərlər Menecement (təyinatlar) Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu 14/04/2026 Telekommunikasiya Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan əhalisinin sayı açıqlandı 14/04/2026 Nəqliyyat Azərbaycanda yığılan 407 avtomobil anbarlarda qalıb 14/04/2026