Ceyhun Bayramov Lavrovun müavinini qəbul edib Ölkə daxili 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib. MənbəAPA TaglarAzərbaycan-RusiyaCeyhun BayramovMixail Qaluzin Son xəbərlər Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib 14/04/2026 Ölkə daxili Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 14/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib 14/04/2026 Ölkə daxili Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 14/04/2026