Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur Ölkə daxili 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihələrində əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, hər iki məsələyə edilən dəyişikliklərin əsas mahiyyətini mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentlə bağlı məhkəmə qərarlarının tanınması və icrası mexanizmi ilə bağlı məsələlər təşkil edir. Beləliklə, bu yeniliklər dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirəcək, xüsusilə də uşaqların maddi təminatı ilə bağlı qərarların digər ölkələrdə daha asan və effektiv icrasına imkan yaradacaq. MənbəAPA Taglaraliment Son xəbərlər Ölkə daxili Ceyhun Bayramov Lavrovun müavinini qəbul edib 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib 14/04/2026 Digər xəbərlər Ölkə daxili Ceyhun Bayramov Lavrovun müavinini qəbul edib 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib 14/04/2026