Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb Telekommunikasiya 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu ilin birinci rübü üzrə Azərbaycanda internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb. Banker.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) “Eurosel” MMC (7,49), “Sline” MMC (6,49), “Bulud Telecom” MMC (4,63), “Azlink” MMC (4,32), “Megalink” MMC (2,71) olub. Bu şirkətlərdən ilk ikisinin şikayət indeksi yaxşılaşıb, digər üçünün isə pisləşib. Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “Smart Sistemz Technokoji” MMC (23 gün), “Bulud Telecom” MMC (12 gün), “Azqtel” (11 gün), “Uninet” MMC (11 gün), “Megalink” MMC (9 gün) qərarlaşıb. Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir. Son xəbərlər Ölkə daxili Ceyhun Bayramov Lavrovun müavinini qəbul edib 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib 14/04/2026 Digər xəbərlər Ölkə daxili Ceyhun Bayramov Lavrovun müavinini qəbul edib 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanda CƏB-in profisiti ilə bağlı proqnozunu kəskin artırıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb 14/04/2026 Ümumi iqtisadi xəbərlər BVF Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib 14/04/2026