TƏBİB-in yeni icraçı direktoru kimdir? Karyera 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Xəbər verdiyimiz kimi, Anar Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin edilib. Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub. 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub. TaglarAnar BayramovTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Son xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026 Maliyyə xəbərləri AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir 14/04/2026 Digər xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026 Maliyyə xəbərləri AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir 14/04/2026