AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir Maliyyə xəbərləri 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İranın ətrafında baş verənlərin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bizim cənub qonşumuzla ixracın və idxalın payı ümumi ticarətdə elə də çox deyil. Maliyyə sektorumuzun da İranla inteqrasiyası çox deyil. Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Amma prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa biz öz proqnozlarımızı ona uyğun dəyişəcəyik. Yaxın Şərqdəki proseslər dünya bazarında neft qiymətlərini artırıb, bu da Azərbaycanın valyuta ehtiyatlarının və tədiyyə balansının artması deməkdir. Digər tərəfdən, neftin bahalaşması bizim ticarət tərəfdaşı olduğumuz və neft idxal edən bir sıra ölkələrdə inflyasiyanın artımı deməkdir, dolayısı ilə bizə inflyasiya idxalı deməkdir. Bu prosesi də yaxından izləyirik. İnflyasiya proqnozlarını detallaşdırırıq və may ayında paylaşacağıq”, – deyə o qeyd edib. MənbəREPORT TaglarAzərbaycan Mərkəzi Bankı (AMB)maliyyəŞahin Mahmudzadə Son xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Karyera TƏBİB-in yeni icraçı direktoru kimdir? 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026 Digər xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Karyera TƏBİB-in yeni icraçı direktoru kimdir? 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026