Azərbaycan Avropa, Asiya və Körfəz ölkələrinə zəli ixrac edə bilər Ümumi iqtisadi xəbərlər 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalında tibbi zəli istehsalı ilə məşğul olan yerli müəssisə nümayəndəsi ilə görüş keçirilib. Görüşün əsas mövzusu beynəlxalq bazarlarda artan tələbat fonunda Azərbaycan istehsalı olan zəli məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qlobal bazardakı mövcud potensial və atılacaq birgə addımlar olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Azexport”un rəhbəri Ayxan Qədəşov sahibkar Şaiq Qasımovla görüşündə son illər qlobal bazarda tibbi zəliyə və təbii müalicə vasitələrinə marağın kəskin artdığı, bunun da yerli istehsalçılar üçün yeni bazarlara çıxış imkanı yaratdığı bildirilib. Görüşdə iştirak edən müəssisə rəhbəri Ş. Qasımov yetişdirilən zəlilərin ekoloji təmizliyinə və tibbi keyfiyyət göstəricilərinə görə beynəlxalq standartlara tam cavab verdiyi, həmçinin istehsal həcmini artırmaq üçün yetərli potensialın olduğunu diqqətə çatdırıb. Görüşdə bu kateqoriyadan olan məhsullar istehsal edən sahibkarların xarici bazarlara inteqrasiyasını təmin etmək üçün beynəlxalq sertifikatların alınması, gömrük prosedurlarının düzgün idarə olunması və idxalçı ölkələrin tələblərinə uyğunlaşma prosesində birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb. Müzakirələrin yekunu olaraq, Azərbaycanda istehsal olunan zəli məhsullarının yüksək alıcılıq qabiliyyətinə malik Avropa, Körfəz və Asiya ölkələrinə ixracının təşkili məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi qərara alınıb. “Azexport”un xidmətlərinə görə ödəniş və yaxud satışlardan komissiya nəzərdə tutulmayıb. MənbəREPORT TaglarAyxan QədəşovAzexportzəli Son xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Karyera TƏBİB-in yeni icraçı direktoru kimdir? 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026 Digər xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Karyera TƏBİB-in yeni icraçı direktoru kimdir? 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026