ABŞ-ın ayaqqabı şirkəti Converse , yeni reklam kampaniyasında bəzilərinin KKK -ya bənzər təsvirlər kimi gördüyü görüntülərə görə tənqidlərlə üzləşdikdən sonra cümə günü rəsmi üzr istəyib. Şirkətin sonradan Instagram səhifəsindən sildiyi reklamda K-pop ulduzu Karina bir cüt Converse Chuck 70 X krosovka tutarkən göstərilir. Reklamı tənqid edənlər müğənninin ağ ətəyindəki işıqlandırmanın KKK kapüşonuna bənzədiyini, modelin ayaqqabıları tutma tərzinin isə sanki bir insanın asıldığını xatırlatdığını bildiriblər. Şirkət üzrxahlığında: “Biz üzr istəyirik”, – deyib.