AMB: “Heç bir bankla bağlı riskli vəziyyət yoxdur” Bank xəbərləri 14/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Hazırda Azərbaycanda heç bir bankla bağlı riskli vəziyyət yoxdur. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Biz risk profilinə görə bankları kateqoriyalaşdırırıq və risk qiymətləndirilməsi çərçivəsində hansı banklar daha xüsusi yanaşma tələb edirsə, o banklarda daha sıx nəzarət rejimi yaradırıq. Amma bu o demək deyil ki, hansısa bankın vəziyyəti pisdir. Bütün məlumatlar şəffafdır. Biz banklardan tələb edirik ki, maliyyə hesabatlarını saytlarında açıqlasınlar. Bizim tələb olunan normativlərimiz bəllidir və həmin normativləri bankların açıqladığı məlumatlarla qarşılaşdırsanız görərsiniz ki, hazırda heç bir bankda kritik vəziyyət yoxdur. Sadəcə, bu normalar kimdə limitə yaxındırsa, onlarda nəzarəti daha sıx edirik ki, pisləşmə baş verməsin. Həmin bankların adlarını açıqlamaq bizim daxili nəzarət üzrə verdiyimiz qərardır. AMB yaxşı bilir ki, kimə daha sıx nəzarət etmək lazımdır”, – deyə o qeyd edib. MənbəREPORT TaglarAzərbaycan banklarıAzərbaycan Mərkəzi Bankı (AMB)Şahin Mahmudzadə Son xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Karyera TƏBİB-in yeni icraçı direktoru kimdir? 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026 Digər xəbərlər Sığorta xəbərləri Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır 14/04/2026 Nəqliyyat AMB taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini şərh edib 14/04/2026 Karyera TƏBİB-in yeni icraçı direktoru kimdir? 14/04/2026 Əsas məlumatlar TƏBİB-ə yeni icraçı direktor təyin edildi 14/04/2026