(London) — Almaniyanın həftəlik nəşri “Der Spiegel” in araşdırmasına görə, cinayət işlərində axtarışda olan üç çinli qaçaq nasistlər tərəfindən təqib edilmiş yəhudi ailəsinin nəsli olduqlarını iddia edərək Almaniya vətəndaşlığı alıblar. Bu üç şəxs — Çinin Jiangsu əyalətindən Tian Chunming , Shandong əyalətindən Liu Hanwen və Anhui əyalətindən Jie Yang — bioloji cəhətdən qohum deyillər. Lakin onlar özlərini Brook Sun Wong , Derrick Wong və Leo Wong adları altında yəhudi ailəsindən üç qardaş kimi təqdim ediblər.