Federal hakim cümə axşamı bildirib ki, ABŞ prezidenti Donald Tramp CNN , MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinə qoyduğu qadağanı ləğv etməlidir. Bu qərar, xəbər təşkilatlarının sentyabrın 18-də tətbiq edilən qadağaya etiraz olaraq qaldırdığı iddiaya cavab olaraq verilib. Öz qərarında, Rayon Hakimi Tim Kelli qadağanın konstitusiyaya zidd olduğunu bildirib. Kelli qərarın 14 gün müddətində qüvvədə qalmalı olduğunu deyib. Hakim qadağa barədə nə dedi? Kelli hökumətin qadağanın milli təhlükəsizlik narahatlıqları ilə əlaqədar olduğu iddiasını rədd edib. O deyib: “Qeydlərdə müttəhimlərin iddia etdiyi kimi, iddiaçıların daimi keçidlərinin ləğvinin həqiqətən milli təhlükəsizliyi qoruyacağına və ya bu məhkəmə prosesi davam edərkən məhkəmənin onların keçidlərini bərpasına əmr etdiyi təqdirdə milli təhlükəsizliyin təhlükə altına düşəcəyinə dair faktiki dəstək yoxdur”. O qeyd edib ki, Tramp özü əvvəlcə qadağanın səbəbi kimi yalnız xəbər agentliklərinin reportajlarında “iddia edilən həqiqətsizlik və neqativliyi” göstərmişdi. Trampın 2017-ci ildə namizəd göstərdiyi Kelli , 2018-ci ildə oxşar bir işdə CNN jurnalistinin girişinin bərpa edilməsinə əmr vermişdi.