Beynəlxalq Valyuta Fondunun (BVF) İdarəedici Direktoru Kristalina Georgieva çərşənbə axşamı bildirib ki, Yaxın Şərqdəki müharibə yaxın həftələrdə başa çatsa, qlobal iqtisadiyyat şokdan sürətlə bərpa oluna bilər, lakin münaqişə yay boyu davam edərsə, vəziyyət daha da pisləşəcək. Georgieva , Bretton Woods Komitəsi qeyri-kommersiya təşkilatının təşkil etdiyi tədbirdə deyib ki, Beynəlxalq Valyuta Fondu yüksək enerji qiymətləri və təchizat zəncirindəki pozulmalardan ciddi şəkildə təsirlənən ölkələrlə onların maliyyə ehtiyaclarını müzakirə etmək üçün danışıqlar aparır.