VTB (Azərbaycan) yaz kampaniyasına start verir: 9,9%-dan kreditlər və komissiyasız rəsmiləşdirmə Bank xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®VTB (Azərbaycan) “İkiqat sərfəli” yaz kampaniyasına start verir. Kampaniya çərçivəsində müştərilər istehlak kreditini sərfəli şərtlərlə — komissiyasız və illik 9,9%-dan başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Kampaniya iki əsas üstünlüyü birləşdirir: aşağı faiz dərəcəsi və 50 min manatadək kreditlərin komissiyasız rəsmiləşdirilməsi. Kreditin müddəti 59 aya qədərdir ki, bu da aylıq ödəniş yükünü rahat şəkildə tənzimləməyə və optimal ödəniş qrafiki seçməyə imkan yaradır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Kampaniya həmçinin digər banklarda olan kreditləri əlavə komissiya tutulmadan VTB bankda birləşdirilməsini mümkün edir. Bir bank, bir ödəniş, bir tarix — qarışıqlıq olmadan və büdcəyə əlavə yük yaratmadan. Bundan əlavə, kredit məbləği üzrə imkanlar genişləndirilib: müştərilər aylıq gəlirin 26 mislinədək maliyyələşmə əldə edə bilərlər. Bu, bazarda ən tələbatlı təkliflərdən biri hesab olunur və həm gündəlik, həm də böyük maliyyə məqsədlərinin reallaşdırılmasına şərait yaradır. Kampaniyanın məhsul strukturu elə qurulub ki, kreditin maksimal parametrləri seçildikdə belə aylıq ödəniş minimal və rahat olsun. “Biz müştəri üçün real faydaya fokuslandıq — bu, sadəcə faiz dərəcəsinin endirilməsi deyil, müştərinin bir neçə istiqamətdə eyni anda qənaət etdiyi kompleks təklifdir. Həmçinin kreditlərin əlavə xərcsiz və aydın ödəniş intizamı ilə birləşdirilməsi üçün rahat alət təqdim edirik”, deyə bank “VTB” (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin rəhbəri Yaşar Kərimov şərh edib. Krediti bankın filiallarında, https://vtb.az/ saytında və ya 986 nömrəsi vasitəsilə rəsmiləşdirmək mümkündür. TaglarVTB (Azərbaycan) Son xəbərlər Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Süni İntellekt (Aİ) NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri 15/04/2026 Yerli biznes xəbərləri “Nəsimi Bazarı”nda İdarə Heyətinin yeni tərkibi seçiləcək 15/04/2026 Digər xəbərlər Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Süni İntellekt (Aİ) NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri 15/04/2026 Yerli biznes xəbərləri “Nəsimi Bazarı”nda İdarə Heyətinin yeni tərkibi seçiləcək 15/04/2026