Lüks bazarın ən sürətlə böyüyən seqmenti çöküb Xarici biznes xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropanın ən iri lüks brendlərinin Dubay və Əbu-Dabidə satışları azalıb. Buna səbəb İranla bağlı münaqişənin sektorun ən sürətlə böyüyən bazarına zərbə vurması olub. Bu isə dəyəri 400 milyard dollar olan sənaye üçün növbəti ağır zərbə sayılır. Reuters dəqiqləşdirir ki, son üç ildə bu sahənin dəyəri azalıb. “Lüks brendlər mart ayında Dubayın ən iri ticarət mərkəzlərindən biri olan Mall of the Emirates-də satışların ötən ilin eyni ayı ilə müqayisədə 30-50% azaldığını bildiriblər”, — agentliyə indiyədək dərc olunmamış məlumatlarla tanış olan mənbə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu rəqəmlər münaqişənin lüks sektoruna, xüsusilə də bu həftə rüblük satış hesabatlarını açıqlamalı olan LVMH, Kering və Hermes-ə təsirinin göstəricisi hesab olunur. “Mall of the Emirates ticarət mərkəzinə gələnlərin sayı mart ayında 15% azalıb”, — mənbə bildirib. Həmin mərkəzdə LVMH-yə məxsus Louis Vuitton və Dior, Kering-ə aid Gucci, Richemont-un Cartier brendi, eləcə də Chanel və Rolex butikləri fəaliyyət göstərir. Burada, həmçinin qapalı xizək kurortu və wellness klinikası da yerləşir. Turistlər arasında daha populyar olan daha iri Dubai Mall ticarət mərkəzində isə ziyarətçi axını təxminən 50% azalıb. Bunu həmin mənbə və sektordakı daha bir mənbə bildirib. Bu isə satışlarda daha böyük eniş ehtimalına işarə edir. TaglarDubay Son xəbərlər Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Süni İntellekt (Aİ) NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri 15/04/2026 Yerli biznes xəbərləri “Nəsimi Bazarı”nda İdarə Heyətinin yeni tərkibi seçiləcək 15/04/2026 Digər xəbərlər Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Süni İntellekt (Aİ) NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri 15/04/2026 Yerli biznes xəbərləri “Nəsimi Bazarı”nda İdarə Heyətinin yeni tərkibi seçiləcək 15/04/2026