“PAŞA Bank” ilk rübü 48 mln. manat xalis mənfəət əldə edib Bank xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “PAŞA Bank” ASC 2026-cı ilin ilk rübündə 48.29 mln. manat xalis mənfəət əldə edib. 2025-ci ilin eyni dövründə bu rəqəm 44.02 mln. manat idi və bununla da illik müqayisədə 9.7% artım qeydə alınıb. Banker.az xəbər verir ki, bu xalis mənfəət artından balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 553 mln. manatı keçməklə kapital mövqeyini bir qədər də yüksəldib. Bankın cəmi kapitalı 960 mln. manata çatıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabat dövründə faiz gəlirləri 144.1 mln. manat təşkil edərək illik müqayisədə 17.84%, faiz xərcləri isə 53.28 mln. manata yüksələrək 35.75% artım göstərib. Nəticədə xalis faiz gəliri 88.64 mln. manat olub və bu göstərici illik 7.6% artım nümayiş etdirib. Qeyri-faiz gəlirləri 57.06 mln. manat təşkil edərək 37.63% azalıb, qeyri-faiz xərcləri isə 78.70 mln. manata enərək 30.05% azalma göstərib. Bankın aktivləri illik müqayisədə 9.7% artaraq 9 mlrd. 48.06 mln. manat təşkil edib. Kredit portfeli 3 mlrd. 216.82 mln. manat olmaqla 0.1% azalıb. Bankın ticarət və investisiya qiymətli kağızları 1 mlrd. 820.58 mln. manat səviyyəsində formalaşaraq 16.16% azalıb, banklar və digər maliyyə institutlarındakı depozitlər isə 1 mlrd. 767.82 mln. manat olub və 35.73% artım göstərib. TaglarPAŞA Bank Son xəbərlər Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Süni İntellekt (Aİ) NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri 15/04/2026 Yerli biznes xəbərləri “Nəsimi Bazarı”nda İdarə Heyətinin yeni tərkibi seçiləcək 15/04/2026 Digər xəbərlər Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Süni İntellekt (Aİ) NVIDIA Ising: həqiqi kvant kompüterləri erasını yaxınlaşdıran süni intellekt modelləri 15/04/2026 Yerli biznes xəbərləri “Nəsimi Bazarı”nda İdarə Heyətinin yeni tərkibi seçiləcək 15/04/2026