UEFA Çempionlar Liqasında bu gün yarımfinalın digər iki iştirakçısı müəyyənləşəcək. "Report"un məlumatına görə, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək. "Arsenal" İngiltərədə "Sportinq" komandası ilə üz-üzə gələcək. "Real" isə Almaniyada "Bavariya"nın qonağı olacaq. 1/4 final mərhələsi, cavab oyunları 23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) 23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya) Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.