“TuranBank”ın mənfəəti 2 dəfədən çox artıb Bank xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “TuranBank” ASC 2026-cı ilin yanvar-mart aylarını 2 milyon 879 min manat mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bank 1 milyon 216 min manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 2.4 dəfə artım deməkdir. Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə GƏLİRLƏRİ ARTIB Bu ilin yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 34 milyon 493 min manat (illik müqayisədə 21.3% çox), xərcləri isə 27 milyon 502 min manat olub. Əvvəlki ildə isə bankın gəlirləri 28 milyon 431 min manat, xərcləri 21 milyon 505 min manat olub. BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB Bu ilin aprel ayının 1-nə “TuranBank”ın aktivləri 901 milyon 279 min manat olub. Bunun 709 milyon 834 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli ötən ilin sonuna nisbətən 0.5% böyüyüb. Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 793 milyon 899 min manat, o cümlədən depozit portfeli 446 milyon 791 min manat, balans kapitalı isə 107 milyon 380 min manat olub. Taglar2026-ci ilin 1-ci rübüTuranBank Son xəbərlər Biznes məqalələri Zara-nın milyarder həmtəsisçisi indi dünyanın ən varlı daşınmaz əmlak maqnatıdır 15/04/2026 Bank xəbərləri Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib 15/04/2026 Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026 Digər xəbərlər Biznes məqalələri Zara-nın milyarder həmtəsisçisi indi dünyanın ən varlı daşınmaz əmlak maqnatıdır 15/04/2026 Bank xəbərləri Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib 15/04/2026 Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 İnvestisiya “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır 15/04/2026