“Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır İnvestisiyaTexnologiya xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Amazon” 11,6 milyard dollara “Globalstar”ı alır. Şirkətin açıqlamasına görə, razılaşma çərçivəsində “Amazon” “Globalstar”ın mövcud infrastrukturunu, aktivlərini və lisenziyalarını əldə edəcək. “Amazon” “Globalstar” səhmdarlarına hər səhm üçün 90 dollar nağd ödəniş edəcək ki, bu da 13 aprel 2026-cı il tarixində ticarətin bağlanışı zamanı olan qiymətdən 23,5% çoxdur. “Bloomberg” yazır ki, “Globalstar”ın alınması “Amazon”a peyk infrastrukturunu genişləndirməyə və “Starlink”ə rəqib olmasını nəzərdə tutulan “Amazon Leo” xidmətini işə salmağa kömək edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əlavə, “Amazon” “Apple” ilə iPhone və Apple Watch üçün peyk rabitəsi xidmətlərinin təqdim olunması barədə razılaşma əldə edib — bundan əvvəl elektronika istehsalçısı “Globalstar” ilə əməkdaşlıq edirdi. Həmçinin “Amazon” və “Apple” “Amazon Leo” bazasında yeni peyk xidmətlərini birgə inkişaf etdirməyi planlaşdırır. 2026-cı ilin aprel ayının əvvəlində “Financial Times” “Amazon”un “Globalstar”ı 9 milyard dollara almağı planlaşdırdığını yazmışdı. “Amazon” öz peyk layihəsi olan “Leo”nu (əvvəlki “Project Kuiper”) inkişaf etdirir — şirkətin orbitdə təxminən 180 cihazı var, bu isə “Starlink”in 10 mindən çox peyki ilə müqayisədə xeyli azdır. 2026-cı ilin ortalarınadək “Amazon” daha 700 peyk buraxmağı planlaşdırır. 2025-ci ilin noyabrında “Amazon” “Leo” peyk internet xidmətini test rejimində biznes üçün açmağa başlayıb. Layihənin rəsmi istifadəyə verilməsi 2026-cı ilin yayına planlaşdırılır. TaglarAmazonGlobalstar Son xəbərlər Ölkə xarici ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb 15/04/2026 Biznes məqalələri Zara-nın milyarder həmtəsisçisi indi dünyanın ən varlı daşınmaz əmlak maqnatıdır 15/04/2026 Bank xəbərləri Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib 15/04/2026 Bank xəbərləri “TuranBank”ın mənfəəti 2 dəfədən çox artıb 15/04/2026 Digər xəbərlər Ölkə xarici ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb 15/04/2026 Biznes məqalələri Zara-nın milyarder həmtəsisçisi indi dünyanın ən varlı daşınmaz əmlak maqnatıdır 15/04/2026 Bank xəbərləri Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib 15/04/2026 Bank xəbərləri “TuranBank”ın mənfəəti 2 dəfədən çox artıb 15/04/2026