ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb Ölkə xarici 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ Maliyyə Nazirliyi Venesuelanın əsas bank institutlarına qarşı tətbiq edilən sanksiyaları yumşaldıb. Müvafiq sənədlər nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunub. №56 və №57 saylı lisenziyalar ABŞ şirkətləri və banklarına OFAC nəzarəti altında Venesuela ilə kommersiya müqavilələri bağlamağa icazə verir. Respublikanın Mərkəzi Bankı bank və ödəniş xidmətləri göstərə, ABŞ dollarında müxbir hesablar aça biləcək. Bununla belə, bu cür bank xidmətlərinin Rusiya, İran, Kuba, Çin və KXDR-dən olan hüquqi şəxslərə göstərilməsi qadağandır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Aprelin əvvəlində ABŞ hakimiyyəti Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodrigesə qarşı sanksiyaları da ləğv etmişdi. Artıq ABŞ şirkətləri ölkənin hazırkı rəhbərliyi ilə maneəsiz işləyə biləcək, o isə danışıqlar üçün ABŞ-yə səfər edə biləcək. TaglarABŞVenesuela Son xəbərlər Biznes məqalələri Zara-nın milyarder həmtəsisçisi indi dünyanın ən varlı daşınmaz əmlak maqnatıdır 15/04/2026 Bank xəbərləri Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib 15/04/2026 Bank xəbərləri “TuranBank”ın mənfəəti 2 dəfədən çox artıb 15/04/2026 Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026 Digər xəbərlər Biznes məqalələri Zara-nın milyarder həmtəsisçisi indi dünyanın ən varlı daşınmaz əmlak maqnatıdır 15/04/2026 Bank xəbərləri Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib 15/04/2026 Bank xəbərləri “TuranBank”ın mənfəəti 2 dəfədən çox artıb 15/04/2026 Bu maraqlıdır Süni intellekt öz xeyri üçün şantaj edə bilir — araşdırma 15/04/2026