Prezident Emmanuel Makron bildirib ki, Fransa , İranın dəstəklədiyi Husi yaraqlılarının krallığa yeni hücumlarına görə Səudiyyə Ərəbistanındakı neft zavodunu müdafiə etmək üçün qoşun göndərəcək. Makron cümə axşamı TF1 və France 2 telekanallarına verdiyi müsahibədə Səudiyyə Ərəbistanının Yanbu limanını qorumaq üçün əsgərlər və hərbi dəstək göndərəcəyini deyib. Səudiyyə Ərəbistanı cümə axşamı Husi yaraqlılarının hücumuna məruz qalıb və krallıq Qırmızı dəniz limanı Yanbu və Taif şəhərinə atılan raketləri zərərsizləşdirdiyini bildirib. Makron deyib: “Biz Qırmızı dənizdəki Yanbu obyektini qorumaq üçün hərbi vasitələr – yəni əsgərlər, radar sistemləri və müdafiə sistemləri göndərəcəyik”. O əlavə edib ki, Fransa ordusu döyüşlərdə iştirak etməyəcək. “Biz heç bir münaqişəyə qarışmayacağıq, sadəcə bu obyekti qoruyacağıq”. Makronun bu vədi, Fransada artan yanacaq qiymətləri ilə bağlı gərginliyin yüksəldiyi bir vaxta təsadüf edir. Makron israr edib ki, vəziyyət ABŞ-ın İranda apardığı müharibə və Hörmüz boğazında yaratdığı pozulmalar da daxil olmaqla beynəlxalq münaqişələrin nəticəsidir.