“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb Telekommunikasiya 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir. Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – “Təmiz Şəhər” ASC informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb. Qurum İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) xidmətləri təqdim olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur. “AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur. TaglarAzInTelecomHökumət buludu Son xəbərlər Ölkə xarici FT: ABŞ blokadanı aradan qaldırmasa, İran 16 gün ərzində neft hasilatını azaltmalı olacaq 15/04/2026 Bank xəbərləri “Bank Avrasiya” ilk rübdə depozit portfelini böyüdə bilib 15/04/2026 Bank xəbərləri “Yapı Kredi Bank Azərbaycan” QSC 2026-cı ilin birinci rübünü 1.4 milyon manat mənfəətlə başa vurub 15/04/2026 Ölkə xarici ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb 15/04/2026 Digər xəbərlər Ölkə xarici FT: ABŞ blokadanı aradan qaldırmasa, İran 16 gün ərzində neft hasilatını azaltmalı olacaq 15/04/2026 Bank xəbərləri “Bank Avrasiya” ilk rübdə depozit portfelini böyüdə bilib 15/04/2026 Bank xəbərləri “Yapı Kredi Bank Azərbaycan” QSC 2026-cı ilin birinci rübünü 1.4 milyon manat mənfəətlə başa vurub 15/04/2026 Ölkə xarici ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb 15/04/2026