ABŞ prezidenti Donald Tramp Ağ Evdə Çin prezidenti Si Cinpinq lə keçirdiyi səmimi danışıqlar zamanı Çinin İran a köməyinin qəbuledilməz olduğunu açıq şəkildə bildirib. Bu barədə cümə günü ABŞ-ın Çindəki səfiri Devid Perdyu məlumat verib. Perdyu CNBC -yə verdiyi müsahibədə deyib: “Biz onlara həftələr əvvəl çox aydın şəkildə bildirdik ki, İran a birbaşa və ya dolayı yolla, istər kəşfiyyat, istər hissələr, istərsə də hərbi texnika ilə bağlı hər hansı kömək tamamilə qəbuledilməzdir. Prezident Tramp dünən bunu bir daha çox aydın şəkildə bildirdi. Bu, davamlı bir təzyiqdir”. “Bu iki lider bir növ etimad münasibətləri qurmağa başlayır və həmçinin məsələlər üzərində işləyirlər. Yəni, bu, çox səmimi və açıq söhbət idi və düşünürəm ki, onlar hər dəfə danışdıqca, üzləşdiyimiz bu çətin məsələlərlə bağlı fərqli bir yaxınlıq səviyyəsi görürük”