Mənbələr BBC Sport -a bildiriblər ki, Mançester Siti ittiham olunduğu 115 maliyyə qaydasının əksəriyyətini pozmaqda təqsirli bilinib. The Athletic xəbər verir ki, sanksiyalar hələ müəyyən edilməyib, lakin müstəqil panel qərarını verib və klubu bir bənd istisna olmaqla, bütün ittihamlarda təqsirli sayıb. Mənbələr həmçinin BBC Sport -a bildiriblər ki, iş üzrə qərar qəbul edilib və Siti pozuntuların əksəriyyətində təqsirli tapılıb. Premyer Liqa şərh verməkdən imtina edib. Hesabatın doğru olub-olmadığı soruşulduqda, Siti də şərh verməyib. Bunun əvəzinə, onlar bəyanat yayaraq bildiriblər ki, " Premyer Liqa prosesi davam edir, əhəmiyyətli elementlər tamamlanmalı və ciddi məxfilik qorunmalıdır". "Klub səkkiz il ərzində Premyer Liqa idarə heyətinin və rəhbərliyinin müstəqil, qərəzsiz və ədalətli tənzimləyici kimi, tərəfkeş təsirlərindən azad şəkildə davranacağı əsasında lazımi prosesə diqqətlə riayət edib", – bəyanatda əlavə edilib. BBC Sport -a həmçinin bildirilib ki, təqsirli bilindiyi təqdirdə, Siti qərarlardan şikayət edəcək. Digər Premyer Liqa klublarının panelin qərarı barədə məlumatlandırıldığı güman edilir.