Cümə günü Konqo Demokratik Respublikasının (KDR) cənub-qərbində Konqo ordusuna məxsus təyyarənin qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi məmurlar da daxil olmaqla ən azı 14 nəfər həlak olub. Təyyarə cümə günü cənub-qərbdəki Kikwit şəhərindən paytaxt Kinşasaya uçarkən texniki nasazlıq yaranıb və Kvanqo əyalətinin Kenge şəhərində eniş etməyə cəhd göstərib. Kvanqo qubernatorunun müavini Remy Saki Bokinda bildirib: “ Kenge -də eniş zolağı olmadığı üçün təyyarə yaşayış sahəsinə düşüb.” Konqo hərbi qüvvələrinin sözçüsü general-mayor Efomi Ekenge qəzada 14 nəfərin öldüyünü deyib.