Tayvanın azadlığını qorumaq və dünyaya yarımkeçiricilər təmin etmək üçün ABŞ-ın Tayvana silah verməsi ABŞ-ın milli maraqlarına uyğundur. Bu barədə Çin və ABŞ prezidentləri arasında keçirilən sammitdən sonra Tayvanın yüksək rütbəli diplomatı şənbə günü bildirib. ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin cümə günü üç günlük sammiti Tayvan da daxil olmaqla bir sıra mübahisəli məsələlərdə böyük ictimai irəliləyişlər olmadan başa vurublar. Pekin Tayvanı öz ərazisi hesab edir. Si Cinpin cümə axşamı Vaşinqtonda Trampa bildirib ki, ABŞ-ın Tayvanın müstəqilliyinə qarşı çıxmaqla "düzgün mövqeyə" sadiq qalacağına ümid edir. Taypeydə jurnalistlərə danışan Xarici İşlər Nazirinin müavini Fransua Vu , Tayvan ilə bağlı güzəştlərə getməyin həqiqətən ABŞ-ın maraqlarına xidmət edib-etməyəcəyini soruşub.