Yelo Bank artıq Zaqatalada! Bank xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Yelo Bank xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bankın yeni, sayca 23-cü xidmət məntəqəsi Zaqatala şəhərində fəaliyyətə başladı. Faiq Əmirov küçəsi, 12C ünvanında yerləşən filial Bank-ın özünəməxsus “parlaq bankçılıq” konsepti əsasında qurulub. Müasir və işıqlı interyeri ilə fərqlənən filialda müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. Burada həm fərdi, həm də biznes müştərilərinə geniş çeşiddə bank xidmətləri, o cümlədən kredit, əmanət, kart əməliyyatları və digər gündəlik maliyyə xidmətləri təklif olunur. Həmçinin, 24/7 xidmət zonasında ATM və terminallar vasitəsilə günün istənilən vaxtı nağdlaşdırma və ödənişlər etmək mümkündür.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yelo Bank-ın əsas məqsədi maliyyə xidmətlərini hər kəs üçün əlçatan etmək və bölgələrdə real sektorun inkişafına dəstək olmaqdır. Yeni filial Zaqatala və ətraf rayonlardakı kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər üçün maliyyə resurslarına əlçatanlığı asanlaşdıracaq. Strategiyasına uyğun olaraq Bank, regionlarda fəaliyyətini daha da gücləndirməyi planlaşdırır. Sərfəl şərtlərlə agrokredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq! TaglarYelo Bank Son xəbərlər Ölkə daxili Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək 15/04/2026 Nəqliyyat Nazirliyə aid avtomobillər satışa çıxarılır – 1200 manatdan başlayan qiymətlərlə 15/04/2026 Yerli biznes xəbərləri “Anglo Asian Mining” Azərbaycanda ilk rübdə hasilatı kəskin artırıb, gəlirləri əhəmiyyətli yüksəlib 15/04/2026 Bank xəbərləri Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb 15/04/2026 Digər xəbərlər Ölkə daxili Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək 15/04/2026 Nəqliyyat Nazirliyə aid avtomobillər satışa çıxarılır – 1200 manatdan başlayan qiymətlərlə 15/04/2026 Yerli biznes xəbərləri “Anglo Asian Mining” Azərbaycanda ilk rübdə hasilatı kəskin artırıb, gəlirləri əhəmiyyətli yüksəlib 15/04/2026 Bank xəbərləri Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb 15/04/2026