İngiltərənin "Liverpul" klubu "Ştutqart"ın (Almaniya) yarımmüdafiəçisi Anqelo Ştilleri transfer etmək imkanlarını nəzərdən keçirir. "Report"un "Football Insider" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı almaniyalı futbolçu ilə Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted" də yaxından maraqlanır. Almaniya klubu oyunçunu 58-65 milyon avro qarşılığında başqa kluba buraxmağa hazırdır. Qeyd edək ki, A.Ştiller 2023-cü ilin avqustundan "Ştutqart"da çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 45 matçda iki qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer dəyərini 45 milyon avro qiymətləndirir.