Türk dünyası turizm sektorundan hər il təxminən 77 milyard dollar gəlir əldə edir. "Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Türkiyədə keçirilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikaları Konqresinin açılış mərasimində deyib. O vurğulayıb ki, Türk dövlətləri arasında əməkdaşlığın strateji elementi kimi turizm getdikcə artır. "Türk dünyası hər il təxminən 100 milyon beynəlxalq turist cəlb edir və təxminən 77 milyard ABŞ dolları gəlir əldə edir. Eyni zamanda, region daxilində səyahətlərin sayın təxminən 10 milyon səfərə çatır, bu, bağlılıq və inteqrasiyanı əks etdirir", - deyə o vurğulayıb.