Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Əsas məlumatlarÖlkə daxili 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük. Son xəbərlər Neft və Qaz Azərbaycanda NEZ-in benzin və dizel istehsalı həcmi düşməkdədir 15/04/2026 Nəqliyyat Nazirliyə aid avtomobillər satışa çıxarılır – 1200 manatdan başlayan qiymətlərlə 15/04/2026 Yerli biznes xəbərləri “Anglo Asian Mining” Azərbaycanda ilk rübdə hasilatı kəskin artırıb, gəlirləri əhəmiyyətli yüksəlib 15/04/2026 Bank xəbərləri Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb 15/04/2026 Digər xəbərlər Neft və Qaz Azərbaycanda NEZ-in benzin və dizel istehsalı həcmi düşməkdədir 15/04/2026 Nəqliyyat Nazirliyə aid avtomobillər satışa çıxarılır – 1200 manatdan başlayan qiymətlərlə 15/04/2026 Yerli biznes xəbərləri “Anglo Asian Mining” Azərbaycanda ilk rübdə hasilatı kəskin artırıb, gəlirləri əhəmiyyətli yüksəlib 15/04/2026 Bank xəbərləri Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb 15/04/2026