2027-ci ildə Azərbaycanda əsas kapitala olan investisiyalarda 5,6 %, ortamüddətli dövrdə isə orta illik 2,1 % artım olacağı gözlənilir. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir. Sənədə əsasən, 2026-cı ildən 2028-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır.