[P1] Neft istehsalçısı Saudi Aramco , qaz bölməsinin yenidən qurulması və müstəqil qaz bölməsinin yaradılması, həmçinin gələcəkdə bu bölmənin potensial listinqi üçün məsləhət almaq məqsədilə Evercore şirkətini cəlb edib. Bu barədə şənbə günü Bloomberg News məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.