Nyu-York , 27 sentyabr. /TASS/. The Wall Street Journal mənbələrə istinadən xəbər verir ki, Boeing özünün 737 MAX təyyarələrində proqram təminatı nasazlığı aşkar edib. Qəzetin yazdığına görə, proqram təminatındakı bu nasazlıq avtomatlaşdırılmış naviqasiya sisteminin sıradan çıxmasına və eniş zamanı potensial təhlükəsizlik riski yaratmasına səbəb ola bilər. Nasazlıq kokpit proqram təminatının yenilənməsindən sonra ortaya çıxıb. Problem təyyarənin “go-around” manevri zamanı planlaşdırılan uçuş marşrutunu dəyişdirməsi halında özünü göstərə bilər. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) qəzetə bildirib ki, nasazlıqla bağlı məlumatları nəzərdən keçirir.