FT: “Uber” strategiyasını dəyişir və pilotsuz taksilərə 10 mlrd. dollardan çox sərmayə yatırır Xarici biznes xəbərləri 15/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “Financial Times” (FT) xəbər verir ki, “Uber” robotaksi sahəsində artan rəqabət fonunda minlərlə pilotsuz avtomobilin alınmasına və bu texnologiyanı inkişaf etdirən şirkətlərdə pay əldə etməyə 10 milyard dollardan çox vəsait yatırıb. Analitiklər hesab edir ki, bu investisiyalar Uber-in strategiyasının dəyişdiyini göstərir. Şirkət indiyədək əsasən minimal aktivlərə və şəxsi avtomobillərindən istifadə edən sürücülərə əsaslanan gig-iqtisadiyyat modeli ilə tanınırdı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Son bir ildə “Uber” bir sıra iri sövdələşmələr bağlayıb və ondan çox şirkətlə tərəfdaşlıq elan edib. Bu tərəfdaşlar arasında Çinin “Baidu” və ABŞ-nin “Rivian” şirkəti də var. Bundan əlavə, “Uber” 2026-cı ildə ən azı 15 şəhərdə robotaksi xidmətlərini işə salmağı planlaşdırır. Robotaksi bazarında möhkəmlənməyə çalışan “Uber” bu sahənin üç əsas oyunçusu — “Waymo”ya sahib olan “Alphabet”, “Tesla” və “Amazon”un bölməsi “Zoox” ilə rəqabət aparmalı olacaq. Taglaruber Son xəbərlər Ümumi iqtisadi xəbərlər Zəngilanda 27 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək 15/04/2026 Ölkə xarici Hindistan Hörmüz boğazındakı vəziyyətlə bağlı danışıqlar aparır 15/04/2026 Ümumi iqtisadi xəbərlər Hökumət: Azərbaycanda ortamüddətli 3.3% real iqtisadi artım proqnozlaşdırılır 15/04/2026 Neft və Qaz Azərbaycanda NEZ-in benzin və dizel istehsalı həcmi düşməkdədir 15/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Zəngilanda 27 milyon manatlıq yeni yaşayış məhəlləsi tikiləcək 15/04/2026 Ölkə xarici Hindistan Hörmüz boğazındakı vəziyyətlə bağlı danışıqlar aparır 15/04/2026 Ümumi iqtisadi xəbərlər Hökumət: Azərbaycanda ortamüddətli 3.3% real iqtisadi artım proqnozlaşdırılır 15/04/2026 Neft və Qaz Azərbaycanda NEZ-in benzin və dizel istehsalı həcmi düşməkdədir 15/04/2026