Latviya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və onunla strateji tərəfdaşlığı bütün sahələrdə genişləndirmək niyyətindədir. "Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib. O, iki ölkə arasındakı tarixi bağların və siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Latviya və Azərbaycan tarixi dostluq münasibətlərinə malikdir və bu, tariximizdəki ümumi hadisələr sayəsindədir. 1994-cü ildə diplomatik münasibətlər qurulduğu ilk vaxtlardan Latviya hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib". Səfir beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək əzmini bir daha təsdiqləyib: "Latviya yeni iqtisadi imkanlar yaradan, Avropa-Asiya bağlılığını gücləndirən, regionda sabitlik və sülhə töhfə verən regional bağlantı layihələrinin inkişafını qətiyyətlə dəstəkləyir".